Şəfəqə Doğru » Gündəm » Ukrayna Rusiya ilə danışıqlar prosesindən çıxmaq niyyətində deyil - Kiyev

Ukrayna Rusiya ilə danışıqlar prosesindən çıxmaq niyyətində deyil - Kiyev

Ukrayna Rusiya ilə danışıqlar prosesindən çıxmaq niyyətində deyil - Kiyev

Ukrayna hakimiyyətinin bir sıra nümayəndələrinin bəyanatlarına baxmayaraq, Ukrayna hələlik danışıqlar prosesindən çıxmaq niyyətində deyil.

Shafaqadogru.com xəbər verir ki, bunu "Strana.ua" saytına açıqlamasında Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

Bununla belə, Nikiforov təsdiqləyib ki, Ukrayna və Rusiya arasında danışıqlar prosesinə hazırda fasilə verilib.

"İstanbulda olan təmas qrupları əlaqədədirlər. Onlar istənilən vaxt danışıqların növbəti raundunu təşkil edə bilərlər. Başqa bir şey odur ki, danışıqlar aparmaq səlahiyyətinə malik olduqları bütün məsələlərdə onlar artıq razılığa gəliblər. İndi ən mürəkkəb və fundamental qərarlar qalır - Ukraynanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatları. Bu məsələlərdə isə yalnız prezidentlər razılaşa bilər", - deyə S.Nikiforov bildirib.

Eyni zamanda, Ukrayna tərəfi prezidentlər səviyyəsində görüşdən imtina etmir. "Ukrayna prezidenti hər dəfə təkrar edir ki, Rusiya prezidenti ilə görüşməyə və danışıqlara hazırdır. Biz Rusiya tərəfinin buna hazır olduğunu görümürük", - deyə Ukrayna prezidentinin mətbuat katibi əlavə edib.