Shafaqadogru.com bildirir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova hadisə ilə bağlı "qafqazinfo"ya açıqlamasında deyib:
"Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeddi aylıq oğlan uşağı dünyaya gətirib.
Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və bağırsaq keçməzliyi şübhəsi ilə Təcili Tibbi Yardım avtomobili ilə Bakıya gətirilib.
Ailəsi xəstəlikdən əvvəlcədən xəbərdar olduğunu bildirib, pasienti xəstəxanadan yazılı iltizamnamə ilə çıxararaq, aparıblar. Xəstə xəstəxana tərəfindən Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınıb, Şəkiyə çatarkən yolda dünyasını dəyişib.
Uşağın vəziyyəti isə stabildir".