Şəfəqə Doğru » Gündəm » “Rusiya hər gün Ukraynanı bombalayır” - Zelenski

“Rusiya hər gün Ukraynanı bombalayır” - Zelenski

“Rusiya hər gün Ukraynanı bombalayır” - Zelenski

Rusiya müharibənin başlamasından bu yana Ukraynaya 2154 raket atıb.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Malta parlamentində çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

"Səmamızda 2770 düşmən təyyarəsi qeydə alınıb. Rusiyanın Ukraynanı bombalaması bir gün də dayanmır", - Zelenski vurğulayıb.

 

Onun sözlərinə görə, mayın 9-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Odessada səfərdə olarkən Rusiya bu şəhərə raket zərbələri endirib.