Şəfəqə Doğru » Gündəm » Qazax rayonunun Kosalar və Canallı kəndi asfaltlandı.

Qazax rayonunun Kosalar və Canallı kəndi asfaltlandı.

Qazax rayonunun Kosalar və Canallı kəndi asfaltlandı.

        


 

 

 

  Artıq üç aydır Qazax rayonuna başçı təyin olunmuş,  Rəcəb Babaşovun ciddi cəhdlə başladığı Qazax rayon Kosalar və Canallı kəndini rayon mərkəzinə birlaşdirən yolun asfaltlanması başa çatmış hesab etmək olar.Bölgə müxbirimizin dediklərinə görə ,adı çəkilən ,hansı ki,illərdir iki  kənd həmin yolların narahatlığından və tozundan əziyyət çəkirdi.Artıq cüzi bir hissəsi başa çatmamış olan, yolun asfaltlanması sırf RİH-başçısı R.Babaşovun təşəbbüsü ilə daxili imkanlar hesabına və öz nəzarəti altında bir ay müddətinə başa çatmışdır.

 Bu günlərdə "prezident .az”saytında ölkə prezidentinin bir sevindirici sərəncamını oxudum.Ölkə başçısı

Azərbaycan Respublikası Dövlət büdcəsinin ehtiyat fondundan "Azəravtoyol”ASC-yə Qazax –Kosalar yolunun   çəkilməsi üçün 3.0 milyon vəsait ayrılmasına sərəncam imzalayıb.Rayon əhalisi ,xüsusəndə Ermənistanla sərhəddə, on min əhalisi olan Daş Salahlı və Bala Cəfərli kənd sakinləri sevinir ki, İH başçısı söz verdiyi kimi kəndlərini  rayon mərkəzinə birləşdirən yolun asfaltlanmasına başlayacaq.Nəhayət, uzun illərdir toz altında inləyən ,Respublikanın 3-4 ən böyük kəndlərindən biri olan, Daş Salahlı kənd camatının da üzü güləcək.Onu da qeyd edim ki,Daş Salahlı kəndinin ətrafında onlarla daş karxanaları və Akord sement zavodu ,Gil kombinatı ,inşası başa çatmaqda olan Mətanət A şirkəti ,Gilan,Ata holdinq  kimi böyük təşkilatlar fəaliyyət göstərir. Bütün bunlara görə ,Daş Salahlı kəndi üçün asfalt yolun necə zəruri olmasını anlamaq hər kəs uçün çox çətin deyildir .Bütün hallarda Qazax içtimayyəti Qazax rayon İHB-nın indiki fəaliyyətindən ,gələcəkdə bütün söz verdiklərini beləcə aperativ həll edəcəyinə çox ümidlənir.

 Mövzuya qayıdacayıq.

                                                                                     Neymət Novruzlu.