Şəfəqə Doğru » Gündəm » Zelenski azərbaycanəsilli komandiri TƏLTİF ETDİ - FOTO

Zelenski azərbaycanəsilli komandiri TƏLTİF ETDİ - FOTO

Zelenski azərbaycanəsilli komandiri TƏLTİF ETDİ - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

Shafaqadogru.com-un  xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdə yazıb.

Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kirill Yaşar oğluna "Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərnaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu "İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. (Report)