Şəfəqə Doğru » Gündəm » “VAZ”la traktor TOQQUŞDU - Ölən var

“VAZ”la traktor TOQQUŞDU - Ölən var

“VAZ”la traktor TOQQUŞDU - Ölən var

Mayın 22-də saat 20 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi "VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi "T-28” markalı traktor toqquşub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən biri - Rasim Fərzəliyev xəstəxanada ölüb.

 

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.