Şəfəqə Doğru » Gündəm » Paşinyan İran prezidenti ilə danışdı: nələr müzakirə olunub?

Paşinyan İran prezidenti ilə danışdı: nələr müzakirə olunub?

Paşinyan İran prezidenti ilə danışdı: nələr müzakirə olunub?

İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telıefon danışığı olub.

"News.am” bildirib ki, Nikol Paşinyan İranın hökumət başçısı ilə mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldəki görüşü barədə təəssüratını bölüşüb.

Məlumata görə, tərəflər regional kommunikasiya xətlərinin açılışı, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi və münasibətlərin normallaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Bundan başqa, hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişafı, Ermənistan-İran üçüncü elektrik ötürücüsü xəttinin tikintisi və energetika sahəsində əməkdaşlıqdan danışıblar.