Şəfəqə Doğru » Gündəm » Səhiyyə Nazirliyi layiqli həkimlərini tanımır.

Səhiyyə Nazirliyi layiqli həkimlərini tanımır.

Səhiyyə Nazirliyi  layiqli həkimlərini tanımır.


       Hörmətli oxucularımıza Qazax rayonunun mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri əvəzi vəzifəsində işləyən ,nəinki, Qazağın  demək olar ki, Azərbaycanın ən yaxşı cərrah həkimlərindən biri olan Bünyamin doxtor  Abbasəliyevdən bəhs etmək isdəyirəm.

     Bünyamin həkim ən çətin və riskli əməliyatların öhdəsindən gələrək ,çoxlu sayda ağır xəstələri ölümdən həyata döndərmişidir.

 Və bütün bunları heç bir təmmənna, rüşvət ummadan  etmişdir.

2020 –ci ilin "Qurban bayramında xeyriyəçilik aksiyası təşkil edərək,  dörd yüz yetmiş (470 )nəfər az yaşlı oğlan uşaqlarına təmənnasız sünnət əmməliyatı  etmişdir.Bu aksiyada Gədəbəy- Qazax rayonları arası cəmi beş rayon iştirak etmişdir.

Qazax rayon İcra hakimiyyəti başçısı Rəcəb Babaşov toplantılarından birində Bünyamin həkimin gördüyü işləri təqir edərək ,- Bünyamin həkim "Əməkdar həkim "adına layiq görülməli bir həkimdir deyə,toplantı iştirakçılarına təqdim etmişdir.

   Lakin ,Səhiyyə Nazirliyindən onun bu təqdirə layiq işləri layiq olduğu kimi,dəyərləndirilmir.Bu gün Qazax rayon mərkəzi xəstəxanasında hər cür şərait olduğu halda xəstələrəməliyyat üçün, digər rayon və şəhərlərə göndərilir .

Keysəriyyə əməliyatı üçün,hər ay Tovuza yüz səksən –iki yüz analığa namizəd göndərilir.Üç dörd ildir təqaüdə getməli olan Rəna həkim Tovuz xəstəxanasında Qazaxdan gələn xəstələri qəbul edir.

 Halbu ki,Qazax mərkəzi xəstəxanasında ,ginekoloji  şöbədə Aynur həkim ,Diləfürüz həkim eləcədə Bünyamin həkimin özü kimi təcrübəli həkimlər var .

Maraqlıdır bəs bu xəstələrin Tovuza və digər şəhərlərə göndərilməsi kimin maraqlarına xidmət edir.

    Məqaləmizin əvvəlində qeyd etmişdim ki,Bünyamin həkim 21 (İyirmi bir )ildir ki,mərkəzi xəstəxanada cərahiyyə şöbəsində müdir əvəzi vəzifəsini daşıyır.Yəni o, bu 21 –ildə həmin şöbəyə müdir ola biləcək təcrübəyə sahib ola bilməmişmi?Bu səhiyyə nazirliyinin yetkililəri hara baxır?Belə bir mütəxəssisin fəailiyyətini döğurdanmı dəyərləndirməyə çətinlik çəkir.Yaxudda layiq olduğu dəyəri vermək isdəmir .

   Yoxsa bir "maraqmı "var ?

Ümid edirik, Səhiyyə Nazirliyi bu haqda fikirləşər.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

                                                                                                      Neymət Novruzlu.