SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) "AVRO-5” standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "SOCAR Downstream” şirkətinin baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu ilin üçüncü rübündə "AVRO-5” standartına uyğun olan dizel yanacağının istehsalına başlamaq planlaşdırılır."Rekonstruksiya və modernləşdirmə layihəsi çərçivəsində işlər hazırda qurğuların işə salınması səviyyəsindədir”, - deyə Emil Alxaslı qeyd edib.