"Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət olmur".
Shafaqadogru.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Dünya sürətlə dəyişir. Liderliyə iddialı olmaq üçün hər hansı bir xalq öz suverenliyini təmin etməlidir. Çünki aralıq dövlət yoxdur: ölkə ya suverendir, ya da müstəmləkə”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur: Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi yoxdur.