Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə rus və ukraynalı həmkarları ilə danışıqlar aparacaq.
Shafaqadogru.com xəbər verir ki, bu barədə o, bugünkü çıxışı zamanı bildirib.
Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə etmək üçün gələn həftə həm Putin, həm də Zelenski ilə danışıqlar aparacağını deyib.
O, həmkarları ilə Ukraynadan "taxıl dəhlizi” yaratmaq məsələsini müzakirə etmək istəyir.