"Putinə güzəştə getmək fəlakətə gətirib çıxara bilər" - Boris Conson
- Tarix: 24-iyun-2022, 12:38 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 51

Böyük Britaniyanın baş naziri Boris Consonun fikirncə, Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsində Vladimir Putinə güzəştlər fəlakətə gətirib çıxara bilər.

BİA.AZ Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi məlumat verib. Consonun nümayəndəsi Nazirlər Kabinetinə deyib ki, Böyük Britaniya heç kimə Putinə güzəştlərin "fəlakətdən başqa hər şeyə” səbəb olacağını düşünməsinə imkan verməməlidir. Çünki o, bunu "əsassız təcavüzün mükafatı” kimi qəbul edəcək.

Onun sözlərinə görə, Conson dünya ictimaiyyətinin diqqətinin Ukraynadakı qlobal problemlərdən bütün dünyada olan inflyasiya probleminə çevrilməsindən narahatdır. Conson həmçinin "müharibə yorğunluğunun artacağı" barədə xəbərdarlıq edib. Eyni zamanda o "beynəlxalq ictimaiyyətdən yeni siyasi, hərbi və maliyyə dəstəyi" təmin edəcəyinə söz verib.
Xatırladaq ki, iyunun 17-də Conson gözlənilmədən Kiyevə səfər edib. Britaniyanın baş naziri deyib ki, onun ölkəsi Ukraynanın "strateji dözümlülüyünü təmin etmək” istəyir. Conson həmçinin Ukrayna qüvvələri üçün böyük təlim proqramına başlamağı təklif edib.
Onlar Volodimir Zelenski ilə birlikdə Qızıl günbəzli Mixail monastırını ziyarət edib və Müqəddəs Mixail meydanında gəziblər. Kiyevə səfər etdikdən sonra Conson Rusiya işğalçılarına qarşı Ukraynanı dəstəkləmək üçün "İgid Ukraynadan üz döndərsək, heç vaxt təhlükəsiz olmayacağıq" başlıqlı köşə yazıb.
Conson hesab edir ki, Rusiya prezidenti Vladimir Putin məhvetmə kampaniyasına keçdiyi üçün Qərb uzun sürən müharibəyə hazırlaşmalıdır. Bunun fonunda isə, Consonun fikrincə, Böyük Britaniya və müttəfiqləri "dörd mühüm addım” atmalıdırlar.
Birinci növbədə Ukraynanın işğalçılardan daha tez silah, texnika, sursat və təlim almasını təmin etmək lazımdır. Böyük Britaniya həmçinin hər 120 gündə 10 000-ə qədər Ukrayna əsgərinə təlim keçməyi planlaşdırır.
İkincisi, Ukrayna dövlətinin həyatda qalmasına kömək etmək lazımdır ki, hökumət maaşları ödəsin, məktəbləri idarə etsin, yardım çatdırsın və mümkün olan yerlərdə yenidənqurma işlərinə başlasın.
Consonun fikrincə, Rusiya Qara dənizdən keçən əsas ixrac marşrutlarını bağlamaqla Ukrayna iqtisadiyyatını boğur, bu səbəbdən də Qərb mövcud olan alternativ quru yollarını inkişaf etdirmək üçün səy göstərməlidir.
Dördüncü isə, Böyük Britaniya BMT-nin dəniz yolu ilə ixrac üçün təhlükəsiz dəhliz haqqında danışıqlar aparmaq səylərini dəstəkləyir.

Oxşar xəbərlər