Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri dizel yanacağı bazarındakı mövcud vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclas keçirəcəklər.
Xəbər verilir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata əsasən, iclas qlobal bazarda qiymətlərin aşağı salınmasına dəstək məqsədilə ABŞ-nin 120 milyon barel dizel yanacağını təcili satışa çıxarmaq tələbi ilə bağlı Aİ daxilində aparılan gərgin müzakirələr fonunda keçiriləcək.
Tələbin yerinə yetirilməyəcəyi təqdirdə, ABŞ daxili bazarda qiymətləri aşağı salmaq məqsədilə Avropaya dizel yanacağı ixracını tamamilə dayandıracağı ilə hədələyir//oxu.az
