Şəfəqə Doğru » Gündəm » Rusiyanın bu əraziləri Çinin tərkibinə keçəcək? – Yeni xəritə

Rusiyanın bu əraziləri Çinin tərkibinə keçəcək? – Yeni xəritə

Rusiyanın bu əraziləri Çinin tərkibinə keçəcək? – Yeni xəritə

Ötən gün Qərb Rusiyanı parçalamaq məqsədini biruzə verən daha bir addım atıb. ABŞ tərəfindən ölkənin 17 hissəyə parçalanmasını əks etdirən xəritə yayılıb.

Bununla bağlı Sfera.az-a açıqlama verən Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, ABŞ və Böyük Britaniya başda olmaqla ümumilikdə Qərbin əsas hədəfi yenidən dizayn edilən dünya siyasi sistemində Rusiyanın əsas aktor olaraq tamamilə aradan götrülməsinə hesablanıb:

 

"Digər tərəfdən Rusiya üçün tək təhlükənin Qərb olmadığı bəzi proseslərdən aydın olur. Bu ilin aprel ayının sonu, may ayının əvvəllərində Çinin dövlət televizyası CCTV tərəfindən Rusiyanın bölünmüş xəritəsinin yayımlanması və Rusiya ərazilərinin böyük hissəsinin Çinin nəzarətinə düşməsi əks etdirilmişdi. Əlbəttə ki, Çinin dövlət televizyası CCTV tərəfindən yayımlanmış bu xəritə heç də Rusiya-Çin əməkdaşlığına uyğun gəlmir. Eyni zamanda bu addım onu göstərir ki, hətta uzun illərdir müttəfiqlik münasibətləri qurmuş dövlətlər kimi Çin və Rusiya arasında da gərginlik mövcuddur. Ona görə də Rusiya Türkiyə ilə münasibətləri normal saxlamaqla balans formalaşdırmağa çalışır. Rusiya parçalanarsa, Çinə qonşu bölgədə bir neçə dövlətin yaranması baş verəcək ki, bu da Çini çevrələmə siyasətinə imkan yaradacaq”.

Судя по одной из карт, нашу страну собираются расчленить аж на 17 частей

 

Müsahibimiz bildirib ki, Rusiyanın parçalanmasında Çinin maraqlı tərəfləri isə həm geniş Rusiya ərazilərini ələ keçirtmək, zəngin təbii sərvətlərindən istifadə etmək, həm də Şimal qütbünə yol açmaqdır:

 

"Nəzərə alsaq ki, hər iki tərəfin əsas məqsədi Rusiyanı parçalamaqdır, o zaman Rusiya üçün ciddi təhdidin qarşıda olduğunu demək mümkündür. Onu da yaddan çıxartmaq lazım deyil ki, hazırkı vəziyyətdə Rusiya dünyada ən çox nüvə başlığı olan ölkələrdəndir və zaman-zaman Kreml adminstrasiyası dövlətə qarşı təhdid yaranarsa, ondan istifadəni istisna etmədiklərini bildirirlər. Bir neçə müddət öncə Madriddə keçrilən NATO sammitində qəbul olunmuş növbəti 10 ili əhatə edən strateji sənəddə Rusiyanın ciddi təhdid kimi göstərilməsi də, qarşıda bizə yeni gərgin proseslərin olacağını deməyə əsas verir”.

 

Günay Rəsulqızı