Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu və baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb.
Bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının internet saytında yerləşdirilib.
"Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV nömrəli Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə əsasən, Bakanov İvan Gennadyeviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılsın”, – sənəddə deyilir.
Ukrayna dövlətinin başçısı digər fərmanla "Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunun 11-ci maddəsinin ikinci hissəsi əsasında İrina Venediktovanı baş prokuror vəzifəsindən kənarlaşdırıb. Bu vəzifənin icrası Aleksey Simonenkoya həvalə edilib.