Şəfəqə Doğru » Gündəm » Ədoğan və Putin Qarabağdakı vəziyyəti müzakirə etdilər

Ədoğan və Putin Qarabağdakı vəziyyəti müzakirə etdilər

Ədoğan və Putin Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Tehranda Astana formatında keçirilən sammit çərçivəsində Suriya nizamlanması, Qarabağdakı vəziyyət və ikitərəfli gündəliyi müzakirə ediblər.

Shafaqadogru.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

"Suriya nizamlanması ilə bağlı çoxlu suallar var, perspektivli böyük ikitərəfli layihələr həyata keçirilir və inkişaf edir. Müzakirə etdiyimiz digər mühüm məsələ- Qarabağdakı vəziyyət oldu", - deyə V.Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlər inkişaf edir, hər şeyə baxmayaraq, ticarət dövriyyəsi çox yüksək templə artır. V.Putin, həmçinin Astana üçlüyü sammiti çərçivəsində onun və R.T.Ərdoğanın ikitərəfli görüş keçirmək imkanının olmasından məmnunluğunu ifadə edib.