Şəfəqə Doğru » Gündəm » Azərbaycanda PARTLAYIŞ: Xəsarət alan var

Azərbaycanda PARTLAYIŞ: Xəsarət alan var

Azərbaycanda PARTLAYIŞ: Xəsarət alan var
Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.
Rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib. Nəticədə o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.