Şəfəqə Doğru » Gündəm » İran Qafanda konsulluq açır?

İran Qafanda konsulluq açır?

İran Qafanda konsulluq açır?

İran bu il Ermənistanın Sünik bölgəsinin Qafan şəhərində konsulluq aça bilər.

Erməni mediası bildirir ki, bu barədə hetq.am-a Qafan şəhərinin meri Gevorq Parsyan məlumat verib.

Nəşr qeyd edir ki, aprel ayında İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri Sünik qubernatoru Robert Qukasyan və Qafan rəhbəri ilə görüşüb. Görüş zamanı səfir konsulu Ermənistan tərəfinə təqdim edib və səfər zamanı iranlı diplomatlar konsulluğun tikintisi üçün yerlərə baxış keçirib.

"Biz səfirə və konsula bir neçə yer təklif etmişik, indi deyəsən, bu məsələlər dəqiqləşmə mərhələsindədir. Biz onlar tərəfindən  Qafanda konsulluğun fəaliyyətinə hazır olduqlarını gördük”, – Parsyan nəşrdən sitat gətirir.

Qafan merinin sözlərinə görə, İran tərəfinin hazırlığına əsasən, söhbət bu il konsulluğun açılmasından gedir. İran səfiri daha əvvəl bildirib ki, İranın Sünik bölgəsində baş konsulluğunun açılması Ermənistanın sərhədyanı rayonları ilə İranın Təbriz və Qərbi Azərbaycan əyalətləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradacaq və qarşılıqlı ticarətin həcmini artıracaq.