Şəfəqə Doğru » Gündəm » Azərbaycan Ordusunda hazırlıq gedir - VİDEO

Azərbaycan Ordusunda hazırlıq gedir - VİDEO

Azərbaycan Ordusunda hazırlıq gedir - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

 

Qeyd olunub ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla təşkil edilərək keçirilir.