Ukraynanın Xerson vilayətində Rusiya işğalçı hərbçilərinin qaçqınların aparıldığı təxliyyə(evakuasiya) avtobusunu atəşə tutması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Shafaqadogru.com "UNİAN"a istinadla xəbər verir ki, bu barədə "Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov avqustun 1-i ilə bağlı günün xülasəsində bildirib.
"Dolqovoye ərazisində raşistlər tank əleyhinə raket kompleksi ilə mülki mikroavtobusu vurublar. Üç nəfər həlak olub, beş mülki şəxs yaralanıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlara yardım göstərilib", - V.Nazarov belə deyib.
"UNİAN"-ın daha əvvəl yaydığı xəbərdə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkula istinadla iki dinc sakinin həlak olduğu, üçü kişi və ikisi qadın olmaqla 5 nəfərin Krivoy Roqa təxliyə edildiyi, onlardan ikisinin yanıq şoku ilə çox ağır vəziyyətdə olduğu bildirilib.