Şəfəqə Doğru » Gündəm » Mariya Zaxarova Amerikanı təhdid etdi: "Qoy uçaqda olan spiker dönsün, o zaman baxarıq..."

Mariya Zaxarova Amerikanı təhdid etdi: "Qoy uçaqda olan spiker dönsün, o zaman baxarıq..."

Mariya Zaxarova Amerikanı təhdid etdi: "Qoy uçaqda olan spiker dönsün, o zaman baxarıq..."
"Vaşinqton dönüşü olmayan həddi keçməyə risk edir ki, bu da nəticəsiz qala bilməz..."
 
Rusiya xarici işlər naziriliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birləşmiş Ştatlara Ağ ev tərəfindən Rusiya Federasiyasını terrorçuluğa sponsorluq edən dövlət kimi tanıyacağı təqdirdə kədərli nəticələrə səbəb olacağı ilə təhdid edib.
 
Onun sözlərinə görə, belə olan halda Kreml Amerika Birləşmiş Ştatlarla diplomatik münasibətlərə xitam verəcək.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə o, avqustun 2-də keçirdiyi brifinqdə bəyan edib. Məlumatı "İzvestiya" qəzeti yayıb.
 
"Sadəlövhlər. Bunlar unudur ki, istənilən hərəkət əks hərəkət doğurur və bu addımın məntiqi nəticəsi kimi diplomatik münasibətlərə xitam verilə bilər, beləliklə, Vaşinqton dönüşü olmayan həddi keçməyə risk edir ki, bu da nəticəsiz qala bilməz", - Zaxarova bəyan edib.
 
O, əmin edib ki, bunun  Rusiya üçün, guya, heç bir əhəmiyyəti yoxdur.
 
"Biz görəcəyik, Amerikanın qanunverici orqanının bu təşəbbüsü nə ilə nəticələnəcək. Uçaqda olan spiker qadın (Tayvanı ziyarət etmək istəyən Nensi Pelosi nəzərdə tutulur) qayıdanda baxarıq. Biz hadisələrin istənilən inkişafına hazırıq, əgər Vaşinqtonda Moskva ilə qarşılıqlı əlaqənin tamamilə dayandırılmasına qərar verilərsə, biz bunu da yaşayacağıq. Kimsənin buna heç bir şübhəsi olmamalıdır", - Zaxarova bəyan edib.
 
Xatırladaq ki, ABŞ Senatı Dövlət Departamentinə Rusiyanı Çeçenistanda, Gürcüstanda, Suriyada və Ukraynadakı hadisələr, habelə Rusiya tərəfindən "saysız-hesabsız günahsız kişi, qadın və uşaqların" qətlinə görə terrorçuluğa sponsorluq edən dövlət kimi tanımağa çağırış edən qətnamə qəbul edib.
 
Analoji tələb ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən də dəstəklənib.
 
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Dövlət katibi Entoni Blinkenə müraciət edərək, Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət kimi tanımağa çağırış edib. Əks halda bunu Konqres edəcək, - o, bəyan edib.