İyulun 24-də Bakıda mağaza müdiri iş yerində ölü tapılıb.
Modern.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, "Kığılı" geyim mağazasının "Elmlər" filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkarlanıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.