Şəfəqə Doğru » Gündəm » İndoneziyada timsah balıq tutan yeniyetmənin başını qopardı...

İndoneziyada timsah balıq tutan yeniyetmənin başını qopardı...

İndoneziyada timsah balıq tutan yeniyetmənin başını qopardı...
İndoneziyanın Ternate şəhərində timsah yeniyetməyə hücum edib, onun qollarını və başını dişləyib.
 
15 yaşlı Fərcan İdham adlı yeniyetmə Tolir gölündə balıq tutduğu zaman timsah ona hücum edib. Yırtıcı yeniyetməni dərhal suya sürükləyib.
 
Dostları onu xilas etməyə çalışsalar da, nəhəng yırtıcıdan qorxublar. Hadisədən sonra Tolir gölünə turistlərin ziyarəti qadağan olunub.
 
Yeniyetmənin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanıb. Nəticədə meyiti tapılıb. Onun başı bədənindən ayrılmış, qolları qopmuş vəziyyətdə olub. 
 
Mənbə: MK.ru