Şəfəqə Doğru » Gündəm » Bakıda həbsxanada 5 məhkum ölüb - Penitensiar Xidmət "ölüm adası"na çevrilir

Bakıda həbsxanada 5 məhkum ölüb - Penitensiar Xidmət "ölüm adası"na çevrilir

Bakıda həbsxanada 5 məhkum ölüb - Penitensiar Xidmət "ölüm adası"na çevrilir

Bakıda 5 məhbus həbsxanada ölüb.

Hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Məhbusların ölümü ilə bağlı Penitensiar Xidmətdən bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.