Şəfəqə Doğru » Gündəm » Sumqayıtda istirahət mərkəzində partlayış: yaralılar var - Açıqlamalar (Yenilənib)

Sumqayıtda istirahət mərkəzində partlayış: yaralılar var - Açıqlamalar (Yenilənib)

Sumqayıtda istirahət mərkəzində partlayış: yaralılar var - Açıqlamalar (Yenilənib)

Sumqayıtda istirahət mərkəzində partlayış olub.

Mia.az xəbər verir ki, hadisə Novxanı kəndinin ərazisində yerləşən "Sunset” istirahət mərkəzində baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

Mia.az Sumqayıt Şəhər Prokurorluğuna istinadla bildirir ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda "Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb. 

***

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən "Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib: "Xəsarət alan qadınlardan birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb. Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir".