Rusiya hərbi qüvvələri son sutka ərzində Avdiv, Baxmut, Marin və Liman istiqamətlərində irəliləmək cəhdlərini davam etdiriblər.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna ordusu bu istiqamətlərdə Rusiya qoşunlarının 52 hücumunun qarşısını alıb.
“Çoxsaylı texnika və canlı qüvvə itkisinə baxmayaraq, düşmən işğalçı müharibədən əl çəkmir”, - məlumatda deyilir.
Baş Qərargah əlavə edib ki, ən şiddətli döyüşlər Marin və Avdiv uğrunda gedir.
Ötən gün Rusiya qüvvələri Liman istiqamətində Makiv, Çervonpopiv və Biloqoriv rayonları yaxınlığında uğursuz hücum əməliyyatları keçirib.
Baxmut şəhəri uğrunda döyüşlər davam edir. Ruslar bu istiqamətdəki Xromov və Qriqoriv yaşayış məntəqələri yaxınlığında irəliləməyə çalışıblar, amma buna nail ola bilməyiblər.