Bu gün "VAGNER" silahlı dəstəsinin rəhbəri Yevgeni Prigojin Ukraynanın Baxmut şəhərinin geri qalan hissəsini də ələ keçirdiklərini bəyan edib. Telegram üzərindən paylaşdığı videoda o, "Bu gün 20 May 2023-ci il, günorta saatlarında Baxmut tamamilə azad edildi" deyə açıqlayıb. Baxmutun ələ keçirilməsi üçün başladılan əməliyyatların 224 gün çəkdiyini və hal-hazırda burada "vagner"-çilərdən başqa heç bir silahlının olmadığını da Prigojin çıxışında vurğulayıb. Şəhərin nəzarətini mayın 26-da rus ordusuna təhvil verəcəyini deyən silahlı qrupun rəhbəri tərəfindən ən diqqətçəkən cümlə isə "biz burada təkcə Ukrayna ordusuna qarşı yox, həm də, təkərə çomaq soxan rus bürokratiyasına qarşı döyüşdük" cümləsi olub // rfi.fr
tərcümə Nicat Novruzov