Şəfəqə Doğru » Gündəm » Göygöldə söyüş səbəbiylə bıçaqlanma hadisəsi baş verib

Göygöldə söyüş səbəbiylə bıçaqlanma hadisəsi baş verib

Göygöldə söyüş səbəbiylə bıçaqlanma hadisəsi baş verib

Göygöldə bıçaqlanma olub.

Rayonun Mollacəlilli kəndində yaşayan Nəsrəddin Yamən oğlu Əhmədov həmkəndlisi Ayxan Elçin oğlu Nağızadənin barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Ayxan Nağızadə üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədova xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb, Ayxan Nağızadə şübhəli şəxs qismində tutulub.// apa