Şəfəqə Doğru » Gündəm » Anbardan 30 minlik oğurluq edilib-Bakıda soyğun

Anbardan 30 minlik oğurluq edilib-Bakıda soyğun

Anbardan 30 minlik oğurluq edilib-Bakıda  soyğun

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30 000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə "Ölkə.az" saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.