Rusiya ordusu ötən gecə Ukraynanın Xmelnitski vilayətində yerləşən aerodroma raket zərbələri endirib.
Bu barədə Xmelnitski Vilayət Hərbi Administrasiyası məlumat verib.
Məlumatda qeyd edilir ki, gecə saatlarında rusiyalı hərbçilər Xmelnitskidə yerləşən bir neçə obyektə raket zərbələri endiriblər ki, onlardan biri də aerodromdur.
Hazırda yanacaq-sürtkü və döyüş materialları anbarlarında davam edən yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir. 5 təyyarə sıradan çıxarıb. Uçuş zolağında bərpa işlərinə başlanılıb.
Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir// oxu.az