Şəfəqə Doğru » Gündəm » Bəhruz Məmmədov:"Bu qədər şəhid ailəsinə ev verilməsi gözə görünmür"

Bəhruz Məmmədov:"Bu qədər şəhid ailəsinə ev verilməsi gözə görünmür"

Bəhruz  Məmmədov:"Bu qədər şəhid ailəsinə ev verilməsi gözə görünmür"

“Sosial iqtisadi durumun, yaxud büdcənin icrasının göstəricisi sosial media, xüsusən “azad media” pərdəsi altında buxovlanmış muzdlu medianın təbliğatı ola bilməz”.

 Bunları Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

 “Mən indi həmin media qurumlarının adını bu ali tribunadan səsləndirmək istəmirəm, onlar üçün böyük şərəf olar. Sadəcə sual qoyuram, pulunu USAİD-dən, NED-dən alan media müstəqil ola bilərmi? Hər kəs bilir ki, onlardan gələn sifarişin məzmunu və məqsədi nə ola bilər!? Açın həmin media qurumlarının səhifəsini, görün dövlətin həyata keçirdiyi siyasətin bir dənə müsbət tərəfi işıqlanırmı? Əgər sən azad mediasansa, tənqid etdiyin kimi reallıqları da göstərməlisən. II Dünya müharibəsindən sonra SSRİ kimi böyük dövlətdə 20 il nə bir şəhid, nə bir yaralı heç bir imtiyazdan faydalana bilmədi, amma Azərbaycan müharibə başa çatar çatmaz şəhid ailəsini də veteranını da sosial qayğı ilə əhatələyib və proses davam edir. Bu qədər şəhid ailəsinə evin verilməsi, bu qədər veteranın xaricdə müalicə alıb həyata qayıtması gözə görünmür, amma məqsədli şəkildə öyrədilmiş bir nəfərin problemi olur ölkənin gündəmi”,- deyə deputat bildirib.