Şəfəqə Doğru » Gündəm » Nazir müavini -"Bizdə sahibkarlıq ruhu yoxdur"

Nazir müavini -"Bizdə sahibkarlıq ruhu yoxdur"

Nazir müavini -"Bizdə sahibkarlıq ruhu yoxdur"

"Yanvar ayında Göyçayda qəbulda idim, İcra Hakimiyyəti ilə görüş keçirdik. Məsələlərdən biri iş yerləri ilə bağlı idi. Məsələ qaldırıldı ki, heyva ağacları var, əhali bunları kəsmək istəyir. Səbəbi isə iş görə bilməməkləri ilə əlaqələndirilir. Orada sahibkarla görüşdə dedik ki, istənilən şəxs gəlsin, onlara maliyyə ayıraq, elementar sex qurub, heyva cemi istehsal etsin. İndiyə qədər bir nəfər belə müraciət etməyib"  Bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

Ötən dəfə də Qaradağda qəbulda olanda bir qadın cavan, sağlam oğlu ilə gəldi ki, bizə kömək edin, sosial yardım alaq. 27 yaşlı oğlandan soruşduq nə iş görürsən, əlindən bir iş gəlirmi? Deyir, “Bakıda dönər satmışam” dedim, burada da sata bilmərsən? Cavab verdi ki, edə bilərəm. Tapşırıq verdik ki, cavan oğlan bütün ləvazimatlarla təmin olunsun. Sonra məktub yazdı ki, yox, dönər üçün heç nə istəmirəm, sosial yardım ayrılsın. İnsanlarımızda düşüncə budur ki, dövlətin büdcəsindən pul alım, amma dəyər yaratmayım. Aydındır ki, dünyada cəmi 5 % insanda sahibkarlıq ruhu var, amma bizdə bu da yoxdur”, - deyə nazir müavini vurğulayıb // modern.az