Şəfəqə Doğru » Gündəm » Qazaxsıtanda 12 iyun matəm günü elan edilib- YANĞIN FACİƏSİ 14 CAN ALDI

Qazaxsıtanda 12 iyun matəm günü elan edilib- YANĞIN FACİƏSİ 14 CAN ALDI

Qazaxsıtanda 12 iyun matəm günü elan  edilib- YANĞIN FACİƏSİ 14 CAN ALDI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib.

Qazaxıstan Prezidenti Abay rayonuna səfər edib, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur.


“Kazinform” agentliyi xəbər verir ki, yanğın nəticəsində 14 nəfər ölüb// News24.az