Şəfəqə Doğru » Gündəm » Daha bir qətl - MEHDABADDA BIÇAQLANMA HADİSƏSİ TÖRƏDİLİB

Daha bir qətl - MEHDABADDA BIÇAQLANMA HADİSƏSİ TÖRƏDİLİB

Daha bir qətl - MEHDABADDA BIÇAQLANMA HADİSƏSİ TÖRƏDİLİB

Mehdiabadda 35 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb.

 Bu barədə Modern.az saytına Abşeron rayon prokurorluğundan bildirilib.

 İyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 İbtidai istintaq davam etdirilir.