Şəfəqə Doğru » Gündəm » Elmi şura üzvünə cinayət işi açılıb- NÜFUZ ALVERİ, SUİ-İSTİFADƏ...

Elmi şura üzvünə cinayət işi açılıb- NÜFUZ ALVERİ, SUİ-İSTİFADƏ...

Elmi şura  üzvünə cinayət  işi  açılıb- NÜFUZ  ALVERİ, SUİ-İSTİFADƏ...

Azərbaycanda elmi adların verilməsində qanunsuzluğa yol verən vəzifəli şəxsə cinayət işi açılıb.


Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən yayılan xəbərdə  bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbirlər çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir// qafqazinfo