Milli Məclisin sabiq deputatı Musa Musayev Ali Attestasiya Komissiyası haqqında sensasion fikirlər səsləndirib.
Gununsesi.info sabiq deputatın fikirlərini təqdim edib:
“Son illər Ali Attestasiya Komissiyası kimə gəldi “alimlik “ dərəcəsi verir. Bu komissiya marketə bənzəyir. Adam xəcalət çəkir , vallah ayıbdır. Nəhayət, “məsul “ şəxslərdən birini həbs etdilər. Alimin bir yeniliyi olar, kəşfi olar, yoxsa plagiat ordan-burdan köçürüb “ doktor “ olurlar. Ad-soyadını tərcümeyi-halını yaza bilməyənlər , ilk təhsili texnikom , tanınmayan universitet qurtaranlar alim olur.
Hətta belələri elmlər doktoru , professor olur. Bu bazarı yığışdırın, ayıbdır”.