Şəfəqə Doğru » Gündəm » "Ölkəmizdə hamımızın narahat olduğu səs-küy çirkləndirilməsi var..."- Komitə sədrindən açıqlama

"Ölkəmizdə hamımızın narahat olduğu səs-küy çirkləndirilməsi var..."- Komitə sədrindən açıqlama

"Ölkəmizdə hamımızın narahat olduğu səs-küy çirkləndirilməsi var..."- Komitə sədrindən açıqlama

"Küçədə gedən avtobuslarımızın hələ də qara tüstü ilə yolun kənarında dayanan insanları, atmosferi zəhərləməsi məsələsi var".

 

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında komitə sədri Sadiq Qurbanov deyib.

 

"Ölkəmizdə hamımızın narahat olduğu səs-küy çirkləndirilməsi var. Şadlıq evlərində, konsert salonlarında, maşınların hərəkətində və s.", - deyə komitə sədri bildirib.

 

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə  isə bildirib ki, Azərbaycanın avtomobil parkında digər ölkələrlə müqayisədə daha yaxşı, qabaqcıl ölkələrdə istehsal olunmuş nəqliyyat vasitələri var.

 

Nazirin müşaviri qeyd edib ki, avtomobillərdən çıxan qara tüstünün ətraf mühiti zəhərləməsi yanacağın keyfiyyəti ilə bağlıdır.

modern.az