Apardığımız təbliğat-təşviqat işləri polietilen torbalardan istifadənin azaldılması istiqamətində bizə daha çox yardımçı oldu.
Bunları Milli Məclisdə komitə iclasında çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.
O bildirib ki, bu, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması üçün atılan bir addım idi.
"Qanunun tətbiqindən sonra ilk iki ay yarım müddətdə polietilen torbalardan istifadə 48 faiz azalmışdı", - deyə nazirin müşaviri qeyd edib.