Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Donbassdakı münaqişənin nizamlanmasına dair Minsk razılaşmasının alternativi hərbi əməliyyatlar və Rusiya hücumdur
Hansı ki, Ukraynanın və Rusiyanın hərbi imkanlarını nəzərə alıb bu alternativin hansı itkilərə gətirib çıxaracağını nəzərə almaq lazımdır.
"Kim Minsk razılaşmasının ləğvini tələb edirsə alternativ irəli sürməlidir, alternativ isə münaqişənin hərbi yolla həlli və Rusiyaya açıq hücumdur. Mən xahiş edirəm ki, hərbi büdcə arasındakı fərqi nəzərə alıb gələcək itkilərə görə məsuliyyəti üzərlərinə götürsünlər”-Poroşenko deyib.
Shafaqadogru.com Virtualaz.orga istinadən xəbər verir ki, Ukrayna prezidentinin bu bəyanatını Rusiyada siyasətçilər müxtəlic cür şərh ediblər. Dövlət Dumasının deputatı, MDB işləri və Avrasiya inteqrasiyası üzrə komitənin rəhbəri Leonid Kalaşnikov ( Rusiya Kommunist Partiyası) deyib ki, indiki halda Poroşenkonun alternativ variantın üstünlüyü, yoxsa iflasa uğrayacağı haqda danışdığını ayrıd etmək çətindir.
"Reallıq bundan ibarətdir ki, o, indiki situasiyanın öhdəsindən gələ bilmir və nəsə ayrı variant təklif etmək istəyir. Minsk razılaşmasının yerinə yetirilməsinin öhdəsindən gələ bilmir, çünki Ukraynada hökmranlıq edən başqa siyasi strukturlar buna mane olurlar”-deputat bildirib.
Kalaşnikovun sözlərinə görə, Poroşenko alternativlər haqda düşünməkdənsə Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin bundan daha betər situasiyada etdiyi kimi hərəkət etməlidir.
"90-cı illərin əvvəllərində ölkədə anarxiya hökm sürürdü, Bakıda silahlı yaraqlılar dolaşırdı. Rusdilli əhali köçüb gedirdi və belə vəziyyətdə xalq onu prezidentliyə çağırdı. Və Heydər Əliyev dövlət başçısı olaraq Surət Hüseynovun rəhbərlik etdiyi banditlərlə danışıqlara getdi, təhlükəyə baxmayaraq. Sonra ata-Əliyev rus mitropolitinin yanına getdi ki, rusların Azərbaycanı tərk etməməyə inandırsın. Prezident öz ölkəsində problemləri bax belə həll edir, əgər o, ölkəni özününkü sayırsa”-Dövlət Dumasının deputatı bildirib.
Kalaşnikov əlavə edib ki, Poroşenko da prezident olanda buna bənzər addımlar atmağı vəd etmişdi. "Lakin o, atəşi dayandırmadı, öz xalqına qarşı müharibəyə son qoymadı. İndi isə alternativlər haqda düşünür”-deputat qeyd edib.