ABŞ-də azərbaycanlı gənc intihar edib. Shafaqadogru.com xəbər verir ki, həmyerlimiz Şahbaz Abdurrahmanov yaşadığı Viskonsin ştatının Störcen Bey şəhərində həyatına qəsd edib. Bildirilib ki, Ş.Abdurrahmanovun nəşinin Azərbaycana göndərilməsi məqsədilə ABŞ-dəki səfirliyə və diaspor təşkilatlarına müraciət olunub.