Bu gün Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
Bu barədə Lent.az saytına Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
İmtahanın keçirilməsi üçün 2 bina, 4 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 31 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.