Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib ki, ötən il 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib.
2023-cü il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi ilə 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmiş, həmin protokollar əsasında 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. 13 inzibati xəta protokolu isə hazırda məhkəmələrin icraatındadır.
Modern.az