Şəfəqə Doğru » Gündəm » 3 rayonda xəstəxanaya yeni direktor təyinatı baş tutub -TƏBİB

3 rayonda xəstəxanaya yeni direktor təyinatı baş tutub -TƏBİB

3 rayonda   xəstəxanaya yeni  direktor təyinatı  baş tutub -TƏBİB

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar. APA