Şəfəqə Doğru » Gündəm » Qazax rayonu əhalisinin milli tərkibi: azərbaycanlı, rus, gürcü, erməni - SİYAHI

Qazax rayonu əhalisinin milli tərkibi: azərbaycanlı, rus, gürcü, erməni - SİYAHI

Qazax rayonu əhalisinin milli tərkibi: azərbaycanlı, rus, gürcü, erməni - SİYAHI

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Qazax rayonunda əhalinin sayı 95 773 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatında bildirilib.

Qazax əhalisinin 47 086 nəfərini kişilər, 48 687 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı ən çox olan yaşayış məntəqəsi Qazax şəhəridkir (20 834 nəfər).

Qazaxda doğulanların gözlənilən ömür uzunluğunun 73,9 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Qazaxda 669 nikah bağlanıb, 125 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Qazax rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Sonuncu siyahıyaalma zamanı Qazaxda yaşayan 94 194 nəfər azərbaycanlı olduğunu, 32 nəfər rus olduğunu, 27 nəfər türk, 1 nəfər  erməni  olduğunu bildirib.