Təhsil İnstitutu “qeydiyyatçı” (resepşn) vəzifəsinə vakansiya elan edib.
Tələblərə əsasən, müraciət edənlər ali təhsilə, müvafiq sahə üzrə iş təcrübəsinə malik olmalı, Azərbaycan dilini (şifahi və yazılı) yüksək, ingilis və rus dillərini ünsiyyət səviyyəsində bilməlidirlər.
Bundan başqa, “MS Office” proqramlarında sərbəst işləmək bacarığı, səlis danışıq və ünsiyyət qabiliyyəti, məsuliyyətli, diqqətli və stresə davamlı olmaq, səliqəli, punktual, xoş görünüşlü, kollektivdə işləmə bacarığı da tələb olunur.
Vakansiyaya 25-35 yaş arası namizədlər müraciət bedə bilər.
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 29.02.2024-cü il tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Qeydiyyatçı” başlığı altında göndərmələri xahiş olunur.
Tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar (modern.az).