“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.
Bu barədə vəkil Şəhla Hümbətova mətbuata bildirib.
Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.
Bundan başqa, “Toplum TV”nin əməkdaşı Fərid İsmayılovla da bağlı eyni maddə ilə cinayət işi başlanıb.
Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.