Şəfəqə Doğru » Gündəm » Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib

Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib

Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

Oxu.Az-ın xəbərinə görə, rayonun Qaradağ kənd sakinləri, bir ailənin üzvləri - 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı dəm qazından zəhərləniblər.

Digər zəhərlənmə faktı Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Həmin hadisə zamanı 1955-ci il təvəllüdlü M.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.