Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror aktı nəticəsində yaralananlardan 16 nəfərinin vəziyyəti çox ağırdır. Onlardan biri uşaqdır.
Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat verib.
Arasında iki uşağın olduğu daha 44 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ümumilikdə isə xəstəxanalarda hazırda 107 nəfərin olduğu bildirilir.
32 nəfərə ambulator tibbi yardım göstərilib.
Moskva vilayətinin Səhiyyə Nazirliyi isə artıq ölənlərdən 41 nəfərin şəxsiyyətinin təsdiqləndiyini bildirib. Onlardan biri - Vüqar Fuad oğlu Hüseynov - azərbaycanlıdır (oxu.az).