Şəfəqə Doğru » Gündəm » Azərbaycandan Rusiyaya 6 gündə 3,9 milyon yumurta göndərilib

Azərbaycandan Rusiyaya 6 gündə 3,9 milyon yumurta göndərilib

Azərbaycandan Rusiyaya 6 gündə 3,9 milyon yumurta göndərilib

Ərzaq yumurtası tədarükü başlayandan (2023-cü ilin dekabrın 19-dan) bəri Azərbaycandan Rusiyaya 29,3 milyon ədəd yumurta ixrac edilib. 

"Report"un məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.

"Martın 18-dən 24-dək olan müddətdə Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 3,9 milyon ədəd ərzaq yumurtası sonrakı satış üçün Rusiyaya daxil olub”, - "Rosselxoznadzor" bildirib.