Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb.
Bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib.
Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb.
Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.